news Image
2012.10.16
16:00
| A A A
Kiçik aktivist İngiltərəyə göndərildi
Movqe.Az bildirir ki, Taliban tərəfindən başından vurulan Malala müalicə üçün İngiltərəyə aparılıb. Sağlamlığında ciddiliyini qoruyan Malalanın müalicəsi İngiltərənin Birminqham şəhərində Kraliça Elizabet dövlət xəstəxanasında ediləcək. Bir həftə ərzində Pakistanda müalicə alan və başından güllə çıxarılan Malala üçün İngilis hökuməti, kömək təklif edib. İngiltərə xarici işlər naziri Uilliam Hague, Malala Yusufzaya və məktəb yoldaşlarına keçən həftə edilən hücumun Pakistan və bütün dünyanı şoka saldığını söyləyib. Güllə yaraları ilə əlaqədar xüsusi bir mərkəz olan Birminqhamdaki Kraliça Elizabeth Dövlət Xəstəxanası, əsgərlərin müalicələrində də tez-tez istifadə edilir.

Pakistanın Svat bölgəsində keçən həftə çərşənbə axşamı günü məktəbdən qayıdarkən vurulan Malala Yusufzay, ölkəsində qız uşaqlarının təhsili üçün icra etdiyi kampaniyalar səbəbiylə simvol ad halına gəlib.