news Image
2012.10.16
16:33
| A A A
46,5 milyon dollarlıq humanitar yardım aldı
Movqe.Az bildirir ki, Tacikistan ilin ilk 9 ayında dünyanın 38 ölkəsindən 46,5 milyon dollarlıq humanitar yardım alıb. Tacikistan Dövlət Statistika Təşkilatından verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkəyə dünyanın 38 ölkəsindən un, bitki yağları, dərman, tibbi vəsait, geyim, yorğan, kompüter və digər bəzi əşyaları ehtiva edən 46,5 milyon dollar dəyərində humanitar yardım edilib. Tacikistana humanitar yardım göndərən ölkələr arasında 41,9 faizini tutan ABŞ ilk sırada yer alıb. Sonrakı sıralarda isə Rusiya, Hollandiya, Çin və Misir yerləşib.