Əlaqə Arxiv
news Image
2012.10.16
18:46
| A A A
İspaniya tarixinin ən böyük ekoloji fəlakət iddiasına start verilib
Movqe.az xəbər verir ki, İspaniyanın şimal-qərb sahilində, daşıdığı minlərlə ton neftin dənizə qarışmasıyla ölkə tarixinin ən böyük ekoloji fəlakətinə səbəb olan "Prestige" tankerinin iddiasına hadisədən 10 il sonra baxılıb. "Prestige" tankeri 19 noyabr 2002-ci ildə İspaniyanın şimal-qərbindəki Qalisya sahilləri yaxınlığında batmışdı. Hadisədən təxminən 10 il sonra başlayan iddia üçün, Qalisyanın Koruna şəhərindəki "EXPO" sərgi sahəsində 450 kvadrat metrlik bir yer hazırlanıb. 21 prokuror, 51 vəkil, 133 şahid və 98 digər şəxslərin iştirak etdiyi iddiada 55 fərqli günahlandırma olmasına baxmayaraq yalnız 4 nəfər şübhəli bilinib. Şahidlər 13 noyabrdan etibarən dinlənəcək.


Sizin Reklam Yeriniz