Əlaqə Arxiv
news Image
2012.10.17
12:29
| A A A
Barak Obama və Mitt Romni ikinci debatda qarşılaşdılar
Prezident Barak Obama və Respublikaçı namizəd Mitt Romni Nyu Yorkda Hofstra Universitetində ikinci dəfə üz-üzə gəliblər. Seçicilərlə görüş formatında keçirilən debatda vətəndaşlardan 11 sualı cavablandıran namizədlər işsizlik, enerji, vergilər, və xarici siyasət məsələlərini müzakirə etdilər. Ötən dəfəki debatdan fərqli olaraq, bu dəfə Barak Obama daha çox ötkəmlik nümayiş etdirdi və Mitt Romnini bəzi məqamlarda sərt tənqid etməkdən çəkinməyib.
Romninin iqtisadiyyatı dirçəltmək üçün irəli sürdüyü beş müddəalı plana rişxənd edən cənab Obama Respublikaçı namizədin Bain Capital şirkətindəki fəaliyyətini önə çəkib: "Qubernator Romninin beş müddəalı planı yoxdur, bir müddəalı planı var. Bu plan odur ki, yuxarı sinfin nümayəndələri fərqli qaydalarla oynasınlar," deyə cənab Obama bildirib.

Öz növbəsində Romni Obamanın dəyərləndirməsini reallıqdan xeyli uzaq adlandırdı. Respublikaçı namizəd bəyan edib ki, orta sinfi sıxan onun planları deyil, prezidentin son dörd ildə yürütdüyü siyasətdir. "Prezidentin siyasəti amerikalıları işə qaytarmayıb," deyə Romni bildirib. Namizədlər tez-tez bir-birinin sözünü kəsib, bəzi hallarda aqressiv qarşıdurmaya çıxırıblar. Liviyada ABŞ səfirinin öldürülməsi haqda deyilənlərə kəskin reaksiya verən prezident Obama rəqibinin onun milli təhlükəsizlik məsələlərini siyasiləşdirməsi haqda dediklərini "təhqiramiz" adlandırıb. Prezident debat izləyicilərini əmin edib ki, onun administrasiyası ABŞ-a qarşı terror aktları törtəmiş adamları cəzalandıracaq.
Sizin Reklam Yeriniz