«Bütün dini icmalar tam azad və sərbəst fəaliyyət göstərir»
"Azərbaycanın dini etiqad azadlığı haqqında
qəbul etdiyi qanun Avropa standartlarına uyğundur". Bunu
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov Venesiya Komissiyasının "Dini etiqad
azadlığı haqqında" qanuna verdiyi rəylə bağlı APA-nın sualına cavab olaraq
deyib: "Düşünürük ki, bu rəy Venesiya Komissiyasının ayrı-ayrı
nümayəndələrinə təqdim olunan qanunun tərcüməsində baş verən
təhriflər nəticəsində formalaşıb. Bundan irəli gələn müəyyən
terminologiyalar və müəyyən formullar düzgün tərcümə olunmadığına
görə müəyyən anlaşılmazlıq yaradır. Bununla bağlı biz Venesiya
Komissiyasına lazımı arayış hazırlamışıq.
Düşünürük ki, bu qanun bütün Avropa standartlarına uyğundur. Çünki qanun çərçivəsində Azərbaycanın bütün dini icmaları tam azad və sərbəst fəaliyyət göstərir, heç kim narazılıq etməyib".
Düşünürük ki, bu qanun bütün Avropa standartlarına uyğundur. Çünki qanun çərçivəsində Azərbaycanın bütün dini icmaları tam azad və sərbəst fəaliyyət göstərir, heç kim narazılıq etməyib".