news Image
2012.10.17
15:15
| A A A
Siqaret çəkmək qadağan olunacaq
Movqe.Az bildirir ki, Rusiyanın baş naziri Dmitri Medvedev, "Rusiyada siqaretə görə hər il bir kənd yox olur." sözlərini deyib. Siqaretə qarşı kampaniya yaradan Medvedev, 2015-ci ildən etibarən ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

Siqaret, Rusiyada ən az içki qədər əhəmiyyətli bir problemdir. Dünyada ən çox siqaret istehlak edilən ölkələrdən biri olan və siqaret şirkətlərinə görə Çindən sonra ikinci böyük bazar halına gələn Rusiyada hər 3 adamdan biri siqaret çəkir. 44 milyon siqaret çəkənin olduğu ölkədə, hər il 400 min adam siqaretin səbəb olduğu xəstəliklərə görə dünyasını dəyişir. Baş nazir Medvedevə görə, bu rəqəm böyük bir kəndin əhalisinə bərabərdir. Medvedev bildirib ki, "Hər il bu ölkədə xəritədən az qala böyük bir kənd silinir. Siqaret aludəçilərinin xərçəng ya da xroniki bronxit üzündən uzun və ağrılı bir ölüm, ya da ürəkdə qan-damar çatışmazlığı və laxtalanması üzündən ani bir ölüm gözləyir."

Siqaretlə mübarizə aparan Medvedev, Səhiyyə Nazirliyinin bu mövzuda bir qanun hazırladığını, qanun bu ayın sonunda nazirlər heyətində müzakirə olunacağını açıqlayıb. Qanuna görə, hər cür siqaret reklamı qadağan ediləcək, vergilər ən az 10 qat artırılacaq, kafelərdə ya da digər ictimai yerlərdə siqaret çəkilməsi 1 yanvar 2015 tarixindən etibarən qadağan ediləcək. Hökumət, qanun layihəsini ən qısa zamanda parlamentdən keçirməyi planlaşdırır. Ruslar isə qanunun təsirli olacağından şübhəlidir.