Əlaqə Arxiv
news Image
2012.04.16
11:49
| A A A
Lider xalqın qarşısına çıxdı
Şimali Koreya, Kim Jong Unun babası ölkənin qurucu lideri Kim El Sungun 100 yaşını qeyd edir.

Kim El Sungun 100 yaşının olması ilə bağlı ölkədə bu ay ərzində müxtəlif fəaliyyətlər təşkil edilib və bugün isə rəsmi mərasim təşkil edilib.

1948-ci ildə kommunist Şimali Koreyanı quran Kim El Sung, "əbədi dövlət başçısı" adına sahibdir.

Paytaxt Pxenyandakı mərasimdə Şimali Koreya lideri Kim Jong Un da ilk dəfə olaraq xalqa xitab edib.

Gənc lider ilk dəfə xalqı səsləyərkən, ölkənin bayrağının yeni zəfərlərlə birlikdə sonsuza qədər dalğalanacağını söyləyib.

Kim Jong Un, keçən dekabr ayında vəfat edən atası Kim Jong Elin ölümündən sonra lider olub.

Pxenyan, Kim İl Sungun ad günü fəaliyyətləri daxilində, keçdiyimiz günlərdə kosmosa raket uçurtmaq istəyib, lakin orbitə girmədiyi göstərilən raket parçalanaraq dənizə düşüb.


Ziba Yusifova


Sizin Reklam Yeriniz