Əlaqə Arxiv
news Image
2012.10.19
19:00
| A A A
Saakaşvilinin təyyarəsi təcili yerə enib
Movqe.Az bildirir ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin təyyarəsi təcili olaraq Buxarest Hava limanına endirilib. "RİA Novosti"nin verdiyi xəbərə görə, "Gürcüstan prezidenti Mixail Saakaşvilinin Rumıniyadan Gürcüstana hərəkət edən təyyarəsinin qalxmasından on dəqiqə sonra enməsi texniki qüsura görə Buxarest Hava limanına enib." "Rustavi 2" televiziyasının verdiyi məlumata görə isə, prezidentinin "Boeing" təyyarəsi, Otopeni Hava limanından hərəkətə düşdükdən təxminən 20 dəqiqə sonra, geri dönərək təcili endirilməsi tələb edib. Təcili eniş qərarını pilotların istədiyi bildirilib. Otopeni Beynəlxalq Hava limanının mətbuat katibi Valentin İordak, Mixail Saakaşvilinin təyyarəsinə lazımlı tədbirlər görüldükdən sonra təkrar uçacağını söyləyib. Saakaşvili Buxarestə təkrar qayıtdıqdan sonra daha əvvəl qaldığı otelə getdiyini və orada təyyarənin yola düşməsini gözlədiyi bildirilib.
Sizin Reklam Yeriniz