news Image
2012.10.22
15:37
| A A A
Futbol meydanına partlayıcı maddə atdılar

Movqe.az xəbər verir ki, Kipr Rum Seqmenti 1-ci liqadakı Anortosis - Omonia oyununda meydana atılan yad maddə futbolçunu müalicə edən sağlamlıq qruplarının arasına düşüb. Təhlükəli maddənin partladığı an kameralara saniyəsinə kimi əks olunub. Ən azı 4 nəfər yüngül xəsarət alıb. Hadisə dünən axşam Anorthosisin Omonianı 2 - 0 məğlub etdiyi oyunda meydana gəlib. Oyunun ikinci yarısında zədələnən Anorthosisli futbolçunun ayağa qalxa bilməməsi səbəbindən sağlamlıq qrupları meydana daxil olub. Futbolçunun yerdə vaxt qazanmağa çalışdığını düşünən əsəbi Omonia tərəfdarları isə zəminə xarici maddələr atmağa başlayıb. Elə bu vaxt  futbolçu və sağlamlıq qruplarının arasına atılan bir maddə səs-küylə partlayıb. Zədə alan futbolçu, 2 sağlamlıq qrupu və digər futbolçu qulaqlarını tutaraq yerə yıxılıb. Hakim oyuna 10 dəqiqəlik fasilə verib. Tribunaya istiqamətlənən anonslardan sonra oyun qaldığı yerdən davam edib. Yaralıların vəziyyətlərinin yaxşı olduğu bildirilib.