Dərmanların dörddə biri saxtadır
Movqe.Az bildirir ki, Dünya Bankı və
beynəlxalq ictimai sağlamlıq təşkilatları Afrikada Səhra Çölünün
cənubundakı ölkələrdə və Latın Amerikada satılan dərmanların 40
faizinin saxta olduğunu bildirir. Mütəxəssislər aşağı keyfiyyətli
ya da saxta dərmanların bazarda rahatlıqla olmasının ölümə səbəb
ola biləcəyi fikirindədirlər. Saxta dərman ticarətini dayandırmağa
çalışan mütəxəssislər Vaşinqtonda görüşərək bu problemə qanuni
həllər tapmağın yollarını axtarıblar. Virciniyadakı Corc Mason
Universitetinin Terror, Beynəlxalq Cinayət və Korrupsiya
Mərkəzindən Luis Şelle: "Narkotik qaçaqçılığına saxta dərman
ticarətindən daha çox fikir veririk. Halbuki saxta dərmanlar,
narkotik maddələrə görə sayca daha çox insana zərər verir."
Shelle, standartlara uyğun gəlməyən dərman istehsal və paylaşımının arxasında beynəlxalq cinayət təşkilatlarının olduğunu söyləyir. Mütəxəssis, bununla mübarizə aparmaq üçün yalnız beynəlxalq səylərin təsirli olacağını düşünür.
O bildirib ki, "Dünya Sağlamlıq Təşkilatı, polis, istehlakçı hüquqları təşkilatları və qeyri-hökumət təşkilatları birlikdə hərəkət etməlidir."