Əlaqə Arxiv
news Image
2012.10.24
11:05
| A A A
Abbas Abbasov: “Bakıda yox, Moskvadayam”
Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, baş.nazirin keçmiş birinci müavini Abbas Abbasov Rusiya azərbaycanıları milli-mədəni muxtariyyətinin vitse-prezidenti Vidadi Abbasovun onun barəsində söylədiyi fikirlərə sərt münasibətini bildirib.

V. Abbasovun  Moskvada Rusiyada fəaliyyət göstərən erməni təşkilatlarının nümayəndələri ilə görüşdə A. Abbasovun iştirak etməməsini guya onun Bakıda olması ilə əlaqələndirməsini təkzib edib: "Mən bu dəqiqə də Moskvadayam, Bakıya getməmişəm, ermənilərlə görüşdə isə düşünərək iştirak etməmişəm. Uzun müddət Azərbaycanda yüksək vəzifə tutmuş bir şəxs kimi, ölkəmiz üçün taleyüklü olan məsələlərin müzakirəsində prezident İlham Əliyevin tapşırığı və əmri olamadan iştirak etmərəm. Bu mənim vətəndaş prinsiplərimə və siyasi əqidəmə ziddir. Bu gün dövlət vəzifəsində olmasam da, vətəndaş olaraq Azərbaycan dövlətinin sərəncamındayam və hər dəqiqə prezidentin əmrini gözləyirəm. Mənim haqqımda yalan və həqiqətə uyğun olamayan məlumatları yayan şəxslərin ucuz provakasiyası baş tutmayacq. Onların məni Azərbaycan dövləti qarşısında ləkələmək cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur".

Abbas Abbasov ANS PRESS-ə eksklüziv müsahibəsini bu fikirlərlə bitirib: "Mənim harada olmağımdan asılı olmayaraq Azərbaycana və onun prezidentinə sadiqəm".
Sizin Reklam Yeriniz