news Image
2012.10.24
10:06
| A A A
İstanbulda ermənilərin mənfəət qırğını
Bəyoğlu erməniləri 1 milyon dollarlıq icarə gəlirini digər qruplarla paylaşmaq istəmir Türkiyədə yaşayan erməni icması gəlir mənfəəti səbəbilə öz aralarında fikir ayrılığına düşüblər. Məlumata görə, 26 daşınmaz əmlakı olan və aylıq 2 milyon lirə (874 800 manat – 1 milyon 100 min usd) icarə gəliri olan "Üç Horon" kilsəsi vəqfi səbəbilə erməni icması iki yerə bölünüb. Türkiyə ermənilərinə aid "Agos" qəzeti Bəyoğlu erməniləri tərəfindən idarə olunan vəqf idarəçilərini "yalançılar" adlandırıb.

"Türkiyə" qəzetindən Məlik Duvaqlının məlumatına görə, erməni icmasından olan bir çox qrup vəqfin idarəsini ələ keçirməyə çalışır. Hazırki idarə heyəti buna qarşı müqavimət göstərərək keçiriləcək idarə heyəti seçkisində sadəcə Bəyoğlunda yaşayan 593 qriqoryan ermənisinin səs verə biləcəyini iddia edir. İstanbulda isə patriarx seçkisində səs vermə hüququ olan 25 000 erməni var.

Məlumata görə, İstanbulda olan digər erməni vəqf və icmaları "Üç Horon" kilsəsi vəqfi idarə heyətinin seçkisində iştirak etmək üçün təzyiqlərə başlayıb.

Mübahisələrə "Beyoğlu yalana sarıldı" manşeti ilə qoşulan erməni qəzeti "Agos" seçkinin sadəcə Bəyoğlunda yaşayan qriqoryan erməniləri ilə məhdud olmasının doğru olmayacağını ifadə edib. Qəzet həmçinin vəqfin qazancının şəffaf olmasını və icarə gəlirlərində qaranlıq olan bəzi məqamların açıqlanmasını tələb edir.

Xatırıladaq ki, "Üç Horon" kilsəsi vəqfinin idarə heyəti seçkiləri barədə daha əvvəl ermənilərin şikayəti əsasında məhkəmə iddiası qaldırılıb. 2009-cu ildən sonra isə seçkilər 2 dəfə ləğv olunub.