Əlaqə Arxiv
news Image
2012.10.24
13:27
| A A A
Oktyabrın 28-də Azərbaycan qış vaxtına keçir

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 28 oktyabr 2012-ci il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək. 

Sizin Reklam Yeriniz