news Image
2012.10.24
15:00
| A A A
Əsəd atəşkəsi qəbul edib

Movqe.az xəbər verir ki, BMT və Ərəb Birliyi üzrə Suriya xüsusi nümayəndəsi Lakhdar Brahimi Əsəd rəhbərliyinin Qurban bayramında atəşkəsi qəbul etdiyini açıqlayıb.  Atəşkəsin sabahdan etibarən etibarlı olacağı bildirilib. Suriya Prezidenti Bəşər Əsədin atəşkəsi qəbul etdiyini Misirin paytaxtı Qahirədə mətbuat konfransı təşkil edərək açıqlayan Brahimi Suriyalı müxaliflərin atəşkəs təklifini qəbul etdiyini daha əvvəl də qeyd etmişdi. Brahimi sabahdan başlayaraq dörd gün müddətində davam edəcək "atəşkəs" in Suriyada siyasi bir həllin tapılmasına zəmin hazırlayacağı söyləyib.