Zəlzələ baş verib
Movqe.Az bildirir ki, Kosta Rikanın Sakit
okean sahillərində 6.6 bal gücündə zəlzələ baş verib. İlk
məlumatlara görə, ölən və ya yaralanan olmayıb. ABŞ Geoloji
Araşdırma Mərkəzi Quanakastedə baş verən zəlzələnin 39.5 kilometr
dərinlikdə meydana gəldiyi açıqlayıb. Bölgədə keçən ay da 7.6 bal
gücündə zəlzələ baş verib və kiçik diametrli ziyanlar olub.