news Image
2012.10.24
16:00
| A A A
Dərsini bilməyən şagirdlərə şillə vurdu

Movqe.az xəbər verir ki, Çinin mərkəzi hissəsində yerləşən Şanxi əyalətində orta məktəb müəllimininin riyaziyyat əməliyyatlarını edə bilməyən 5 yaşındakı 4 şagirdə şillə atması təhlükəsizlik kameraları tərəfindən saniyəsinə kimi qeyd edilib. Baş verən hadisə ölkə gündəmində geniş əks-səda yaradıb. Çin mediasında verilən xəbərlərdə hadisənin Taiyuandakı bir məktədə baş verdiyi bildirilib. Valideynlərin şikayətilə sinifə gizli kamera yerləşdirilib və hadisə üzə çıxarılıb. Beləliklə müəllim həm işdən qovulub, həm də şagirdlərin valideynlərinə 50 min yuan (8 min dollar) pul ödəyib.