Əlaqə Arxiv
news Image
2012.10.25
14:59
| A A A
Dəhşətli meşə yanğını davam edir
Movqe.Az bildirir ki, Kolorado əyalətinin Uetmor qəsəbəsində baş verən meşə yanğını sürətlə yayılmaqda davam edir. Yanğının baş vermə səbəbi hələ təyin olunmasa da, artıq qəsəbədə 14 ev kül olub. Bölgəyə gələn xilasetmə qrupları, küləyin təsiriylə böyüyən alovlara müdaxilə etməkdə çətinlik çəkir. Külək, yanğın vertolyotları və təyyarələrdən də göstərilən köməyə maneə törədir. Uetmordan ən az 380 adam evakuasiya edilib. 300 ev də yanğın riskiylə qarşı-qarşıyadır. 16 fərqli bölgədən təxminən 130 yanğın söndürmə personalı yanğına müdaxilə edir. 100 xilasedici də ən çox risk altında qalan 25 evin qarşısında gözləyir. Son araşdırmalara görə, bu vaxta qədər 7 min meşəlik sahə kül olub. Koloradoda keçən il mart ayında da böyük bir yanğın baş vermiş, 3 adam həlak olmuşdu.
Sizin Reklam Yeriniz