Əlaqə Arxiv
news Image
2012.10.29
10:59
| A A A
Bakıda bir gündə 4 nəfər intihara cəhd edib
İntihar etmək istəyənlərin hamısı çox sayda dərman qəbul edib Ötən gün Bakı şəhərində 4 nəfrə intihara cəhd edib. İntihara cəhd faktları paytaxtın müxtəlif rayonlarında qeydə alınsada, hamısı eyni üsulla həyata keçirilib. Belə ki, axşam saat 20:00 radələrində Binəqədi rayonu ərazisində 26 yaşlı Aysel Nuriyeva özünə qəsd məqsədilə 2 qutu dərman içib. O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər zəhərlənmə faktı Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini 40 yaşlı Nura Qarayeva intihar məqsədilə çoxlu dərman içib. Lakin dərhal hadisədəın xəbər tutan ailə üzvləri həkim çağırıblar və qadın xəstəxanaya yerləşdirilib.

Xəzər rayonu Binə qəsəbəsində 21 yaşlı Tofiq Paşayev çox sayda dərman qəbul edib. Xoşbəxtlikdən Tofiq Paşayevin də həyatını xilas etmək mümkün olub.

Sonuncu intihara cəhd isə Nizami rayonu ərazisində baş verib. Rayon sakini 16 yaşlı İlahə Həsənov intihar məqsədilə dərman qəbul etsədə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sizin Reklam Yeriniz