Əlaqə Arxiv
news Image
2012.10.29
12:34
| A A A
«SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesi uğurla həyata keçirilir»
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi prosesi sürətlə həyata keçirilir. Bunu maliyyə naziri Samir Şərifov bəyan edib.

"Prosesin belə sürətlə gedəcəyini biz özümüz də gözləmirdik, bu da onun göstəricisidir ki, işlər heç də pis təşkil olunmayıb", - deyə maliyyə naziri bildirib.

Nazir bu prosesdə müəyyən nöqsanların olduğunu da istisna etməyib: "Bu işləri icra edən şəxslər tərəfindən, bank işçiləri tərəfindən problem yaradıla bilər. Amma bunlar cüzi xarakter daşıyır, yəni kütləvi hallardan danışa bilmərik". 

"Hesab edirəm ki, bu proses uğurla həyata keçirilir", - deyə S.Şərifov bildirib.

Qeyd edək ki, əmanətlərin qaytarılması nəticəsində 2012-ci il iyunun 1-dən oktyabrın 1-dək əmanətçilərə ümumilikdə 349,109 mln. manatdan çox vəsait ödənilib.
 
Sizin Reklam Yeriniz