Əlaqə Arxiv
news Image
2012.04.17
11:28
| A A A
“Əl-Qaidə”yə qarşı əməliyyat keçirilib
Nəticə 28 nəfər həyatını itirib

Mövqe.Az CNN-ə istinadən bildirir ki, Yəməndə terror təşkilatı "Əl-Qaidə"yə qarşı əməliyyat keçirilib və əməliyyat nəticəsində 28 təşkilat üzvünün öldürüldüyü bildirilib.

Yəmənin Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, əməliyyatların ölkənin cənubundakı Zara şəhərində gücləndirilib. Bir həftədir davam edən əməliyyatlarda təxminən 200 "Əl-Qaidə" üzvünün öldüyü qeyd olunub.

Son vaxtlar ölkənin cənubunda hökumət gücləri ilə təşkilat üzvləri arasında sıx qarşıdurmaların meydana çıxdığı söylənilir.

Ziba Yusifova

Sizin Reklam Yeriniz