Əlaqə Arxiv
news Image
2012.10.30
14:49
| A A A
"Sandy" qasırğası 1.5 milyon insanı işıqsız qoyub
Movqe.az xəbər verir ki, ABŞ-ın şərq əyalətlərində təsirli olmağa başlayan "Sandy" qasırğası səbəbiylə küləyin sürəti saatda 185 kilometrə çatıb. Ölkədə bu vaxta qədər 1.5 milyon nəfər elektriksiz qalıb. Qasırğa 13 min təyyarə səfərinin təxirə salınmasına gətirib çıxarıb. "New Jersey" əyalətinin cənub hissəsində dalğaların uzunluğu 2 metrə qədər yüksəlib. "Atlantic City" və "Cape May" şəhərlərinin bir hissəsi su altında qalıb. Şiddətli yağışın səbəb ola biləcəyi selə qarşı 6 min 700 əsgər hazırlıqlı gözlədilir. NyuYorkda isə bir göydələnin inşaatında istifadə edilən nəhəng vinç qırılıb. Manhattan adasında 57-ci küçə üzərində meydana gələn hadisədən sonra polis göydələnin ətrafındakı evlərdə yaşayan insanları evakuasiya edib.
Sizin Reklam Yeriniz