Əlaqə Arxiv
news Image
2012.10.31
10:50
| A A A
MDB dövlət başçıları sammitinin yeni tarixi açıqlandı
MDB dövlət başçılarının növbəti sammiti dekabrın 5-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək. Bundan bir gün əvvəl isə Aşqabadda MDB Xarici İşlər Nazirlikləri Şurasının iclası olacaq.

Sammitin vaxtını Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev müzakirə ediblər. Sammitin vaxtının dəyişdirilməsi MDB-nin İcraiyyə Komitəsinin xahişi ilə edilib. Türkmənistan tərəfi bəyan edib ki, görüşün keçirilməsinə tam hazırdır. Hazırda MDB dövlət başçıları Şurasına Qurbanqulu Berdıməhəmmədov rəhbərlik edir.

Sergey Lebedev deyib ki, sammitin vaxtının dəyişdirilməsi bu görüşə hazırlıq, müzakirə olunacaq sənədlərin hazırlanması ilə bağlıdır. Aşqabadda MDB ölkələri arasında əməkdaşlığın inkişafına dair 20 sənəd ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, iclasların müvafiq olaraq noyabrın 1 və 2-də Aşqabadda keçirilməsi planlaşdırılırsa da, şər iki toplantı təxirə salındı.
Sizin Reklam Yeriniz