Əlaqə Arxiv
news Image
2012.10.31
16:22
| A A A
Sağlamlıq xərcləri 200 milyard dolları keçib
Movqe.Az bildirir ki, Kanadanın 2012-ci il sağlamlıq xərclərinin 200 milyard dolları keçəcəyi açıqlanıb. Mərkəzi Ottavada olan Kanada Sağlamlıq İnformasiya İnstitutu tərəfindən hazırlanan Milli Sağlamlıq Xərclərinin Hesabatına görə, 2012-ci il üçün ölkə ümumisindəki sağlamlıq xərclərinin ilin sonuna qədər cəmi 207 milyard dollar olacaq. Buna hesabata uyğun olaraq, illik sağlamlıq xərcləri adam başına 5 min 811 Kanada dolları olaraq hesablanıb. İnstitutun hesabatına görə, ictimai sektordakı ən böyük xərc 37 faiz ilə sağlamlıq xərclərinə aiddir. Kanada, şəxsi xərclərin içində sağlamlıq üzrə işləyənlərə də ödənilən maliyyə hüquqlarının 60 faiz olması ilə ilk sırada yer tutur.

Hesabatda, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) ölkələri arasında adam başı sağlamlıq xərclərinin 8 min 233  dollar olması ilə Amerikanın ilk sırada olduğu söylənilib. ABŞ-ı, Norveç, İsveçrə, Hollandiya, Lüksemburq, Danimarka və Kanadanın izlədiyi bildirilib.

Sizin Reklam Yeriniz