Əlaqə Arxiv
news Image
2012.11.01
17:30
| A A A
Putinin sağlamlıq vəziyyəti qaydasındadır
Mövzuya bağlı məlumat Kremldən gəldi... Movqe.Az bildirir ki, Rusiyanın Prezidenti Vladimir Putinin son zamanlar xarici səfərlərinin təxirə salınmasının sağlamlıq vəziyyətindən qaynaqlandığı istiqamətindəki iddialar yalanlanıb. Putinin mətbuat spikeri Dmitriy Peskov verdiyi məlumatda, "Bəzi mətbuat orqanları Putinin sağlamlıq problemi olduğuna görə xarici səfərlərini təxirə saldığını deyirlər. Hansı mənbələrdən bəhs edirlər bilmirik, amma bu iddialar gerçək deyil." sözlərini deyib.

Bundan əlavə, Peskov, Putinin 3 dekabrda Türkiyəyə, 24 dekabrda isə Hindistana edəcəyi səfərlərin açıqlandığını xatırladıb və təxirə salınan digər səfərlərin tarixlərinin də tərəflərlə görüşdükdən sonra müəyyənləşəcəyini bildirib. Bəzi rus media orqanlarında, Putinin kürəyi ilə əlaqədar sağlamlıq problemi yaşadığı və buna görə xarici səfərləri təxirə saldığı istiqamətində iddialara yer verilmişdi.

Sizin Reklam Yeriniz