Əfqanıstanın Prezidentini ABŞ seçir
Movqe.Az bildirir ki, Taliban spikeri Qari
Yusif Əhməd, Əfqanıstanda Prezidenti ABŞ-ın seçdiyini
söyləyib.Əhməd verdiyi yazılı məlumatda, Əfqanıstan xalqının
Prezident seçimində heç bir rolunun olmadığını bildirib. ABŞ-ın
istədiyi adamın Əfqanıstanın prezidentliyə seçiləcəyini yazan
Əhməd, 2014-cü il seçkilərində də ABŞ-ın maraqları üçün çalışan
birinin Əfqanıstanın Prezidenti olacağını qeyd edib. Əfqanıstan
seçki heyəti bir gün əvvəl təşkil etdiyi mətbuat konfransında
Talibana 2014-cü il seçkilərində iştirak etmək üçün müraciət edib.
Taliban isə NATO-nun Əfqanıstanı tərk etməsindən sonra özlərinin
dövlət başına keçəcəklərini açıqlayıb.