Əlaqə Arxiv
news Image
2012.11.01
19:05
| A A A
Məscidi-Nəbəvi yenisi üçün söküləcək
Movqe.Az bildirir ki, Səudiyyə Ərəbistanın müqəddəs şəhər Mədinədə Hz. Məhəmmədin (s.ə.s.) qəbirinin də içində olduğu Məscidi-Nəbəvini sökülərək yenidən inşa ediləcəyi xəbəri yayılıb. Rus televiziyasının "Russia Today" internet səhifəsindəki xəbərə görə, Məscidi-Nəbəvinin genişləndirmə işlərinə Həcc ziyarətinin bitdiyi noyabr ayının sonunda başlanacaq. Məscidi-Nəbəvinin yerinə tikiləcək nəhəng məscid üçün 6 milyard dollar xərclənəcək. Ancaq 1.6 milyon adamlıq yerə sahib olacaq nəhəng məscid üçün mütəxəssislər narahat olduqlarını bildiriblər. Məscidi-Nəbəvinin içində olan Hz. Məhəmmədin (s.ə.s.) qəbirinin genişlənmə işləri əsnasında zərər görə biləcəyi söylənilir. Məscidi-Nəbəvidə həmçinin Hz.Əbubəkr və Hz.Ömərin qəbirləri də vardır. Səudiyyə Ərəbistan rəsmilərinə görə, artan hacı sayı səbəbiylə genişlənmə edilməsi lazımdır. Hələ də Məkkə və Mədinəni hər il ziyarət edən 12 milyon hacı sayının 2025-ci ildə 17 milyona çıxacağı, ancaq müqəddəs məkanların bu günki vəziyyəti ilə ehtiyaclara cavab verə bilməyəcəyi söylənilir. Vaşinqton mərkəzli "Gulf Institute"un araşdırmasına görə də, son 20 ildə Məkkə və Mədinədəki tarixi əsərlərin 95 faizi sökülərək yerinə yeni binalar tikilib. Səudiyyə Ərəbistan 2002-ci ildə də Osmanlı dövründə Kəbəni qorumaq məqsədi ilə inşa edilən Əcyad qalasını söküb və yerinə lüks otellər inşa edib.


Sizin Reklam Yeriniz