Əlaqə Arxiv
news Image
2012.11.02
12:23
| A A A
Lift dərdi

Sovetlər dönəmində inşa olunan binaların bir çoxunda liftlərlə bağlı müəyyən problemlərin olması danılmaz həqiqətdir. Buna münasibət bildirən "Bakı Lift-Təmir" İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov məsələ ilə bağlı Movqe.az saytına məlumat verdi: "Bu problemlər mərhələli şəkildə həll olunur. Hər il müəyyən qədər işlər görülür. Təzə liftlər alınıb quraşdırılır. İstismar müddəti qutaran köhnə sovet liftləri yeniləri ilə əvəz edilir. Bəzilərində təmir-bərpa işləri həyata keçirilir. Təhlükəli olan liftlər müəyyənləşdirilib onların yerinə təzələri quraşdırılır.

Əgər hər hansısa lift xarab olarsa onlar sakinlər tərəfindən deyil, bizim tərəfimizdən təmir olunur.

Sakinlərin şikayətləri sırasında artıq lift pullarının yığılması məsələsi də əsas yer tutur. Mehdi Hüseynov belə bir halın mümkünsüz olduğunu deyir: "Sakinlərdən artıq pul yığılması məsələsi heç vaxt ola bilməz. Köhnə xidmət haqqından yaranmış borcların ödənilməsi məsələsi ola bilər. Əgər vətəndaş artıq pul ödəyirsə demək özünün köhnə borclarından ödəyir. Vətəndaş özü, öz aylıq ödənişini etməlidir. Əgər vətəndaş ötən illərdən qalan borclarını ödəməyibsə əlbəttə ki, bu vətəndaşa bildirilir. Yalnız vətəndaşlardan qalıq borclar tələb oluna bilər. Başqa heç bir əlavə ödəniş tələb edilə bilməz."

Çinarə Bəhərçinli

Sizin Reklam Yeriniz