Əlaqə Arxiv
news Image
2012.11.02
16:38
| A A A
İnternet Rəhbərliyi Forumu Bakıda keçiriləcək
Movqe.az xəbər verir ki, İnternet Rəhbərliyi Forumu (IGF) 6-9 noyabr tarixləri müddətində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Görüşün əsas mövzusunu davamlı humanitar, iqtisadi və sosial inkişaf üçün internet rəhbərliyində atılması lazım olan addımlar təşkil edir. İş dünyasından, əyləncə sektorundan tutmuş siyasət dünyasına qədər milyonlarla insan üçün artıq internet son illərdə az qala imtina edilməz bir hal almış vəziyyətdədir. İctimai şəbəkələr, istifadəçilər tərəfindən təyin olunan məzmuna sahib internet səhifələri, bloqlar və digər buna bənzər vasitələr inkişaf etdikcə internet rəhbərliyi mövzusunda da yeni mövzular gündəmə gəlir. Sözügedən inkişafın internet rəhbərliyi üzərindəki təsirləri ilk dəfə olaraq 2007-ci ildə təşkil edilən İnternet Rəhbərliyi Forumunda müzakirə edilib. Forumda yeni medianın internet rəhbərliyi üzərindəki təsirlərinin yalnız texniki bir hadisə olmadığı, sosial-mədəni, siyasi və iqtisadi tərəfləri  də əhatə etməsi fikri mənimsənmişdi. 6-9 Noyabr tarixləri müddətində Azərbaycanın paytaxtı Bakıda təşkil ediləcək İnternet Rəhbərliyi Forumunda (IGF)  ictimai media ilə əlaqədar olaraq meydana çıxan yeni mövzular və bunların internet rəhbərliyinə aid yaratdığı yeni məsələlər müzakirə olunacaq.

 

Sizin Reklam Yeriniz