Obamanın mühafizəçisi ölü tapıldı
Movqe.Az bildirir ki, ABŞ prezidenti Barak
Obamanın mühafizəçilərindən Rafael Prieto ölü tapılıb. ABŞ
rəsmiləri Prietonun "sui-qəsd" etdiyini düşündüklərini
açıqlayıblar. Prietonun bir xarici ölkə vətəndaşıyla yaşadığı
əlaqəni komandirlərinə bildirmədiyi üçün haqqında istintaq açıldığı
bildirilib. Prietonun 20 ildir işlədiyi "Gizli Xidmət" adlı
orqandan gələn məlumatda, "qiymətli bir iş yoldaşın ölümündən böyük
kədər hissi keçiririk" sözləri vurğulanıb. Mülki geyimli "Gizli
Xidmət" agentləri, Prezidenti, köməkçilərini, ailələrini və onlara
dəstək olan formalı qrupları qoruyur. Xidmətin agentləri bu ilin
əvvəllərində Kolumbiyada bir fahişəlik skandalı yaşayıblar. Aprel
ayında Kolumbiyanın Kartagena şəhərində keçirilən Amerika
sammitində ABŞ prezidenti Barak Obamanın ziyarətinə hazırlıq etmək
üçün şəhərə gələn agentlərin əyləndikləri bildirilib və hadisənin
məlum olmasından sonra bəzi agentlər işlərindən qovulub. ABŞ-da
milli təhlükəsizliyə təhdid ola biləcəyi səbəbiylə bütün
kəşfiyyatçılar xarici ölkə vətəndaşları ilə əlaqələrini bildirmək
məcburiyyətindədirlər.