Əlaqə Arxiv
news Image
2012.11.05
10:19
| A A A
Prezidentliyə namizədlər erməniləri məyus ediblər
Amerika Erməni Milli Konqresi bəyan edib ki, Birləşmiş Ştatlardakı prezident seçkilərində namizədlərdən heç birini dəstəkləmir. Mitt Romninin ermənilərlə bağlı məsələlərə biganəliyi onu deməyə əsas verir ki, o, ermənilər üçün təhlükəli seçimdir.

Barak Obamaya gəlincə, o, ermənilərə böyük məyusluq yaşadıb. Ermənilər hesab edirdilər ki, o, öz sələfi ilə həmfikirdir və qondarma "erməni soyqırımı" iddialarına tanıyacaq. Lakin Barak Obama prezident seçiləndən dərhal sonra Türkiyəyə səfər etdi, Ermənistanın düşməni ilə müttəfiqliyə başladı.

Ermənilərin ABŞ prezidentliyinə namizədlərlə səs alveri seçkiyə az qalmış daha da sürətlənib. Onlar bəyan ediblər ki, Mitt Romni "erməni soyqırımı" iddialarına dəstək versək, ermənilərin səsini qazana bilər. Eyni təklif Barak Obamaya da ünvanlanıb. Amma namizədlərdən heç biri indiyədək qondarma erməni iddialarına dəstək verməyiblər və noyabrın 6-nadək belə bəyanatın olacağı gözlənilmir.
Sizin Reklam Yeriniz