news Image
2012.11.05
11:01
| A A A
Kilsə ermənilərin farslarla nikahlarına qadağa qoyub

Bütün ermənilərin katolikosu digər millətlərin nümayəndələri, xüsusilə də farsların iştirakı ilə nikahların xaç suyuna çəkilməsi və xeyir-dua verilməsindən çəkinməyə dair daxili əmr verib.

Bu barədə qarışıq nikahlar mövzusunda mətbuat konfransında erməni keşişi Ter Babken bildirib.

Farslarla bağlı məsələdə bu İranın Ermənistandakı səfirliyinin razılığı ilə edilir, deyə keşiş qeyd edib.

Onun sözlərinə görə, bir çox farslar Ermənistanda xaç suyuna çəkilsə də, sonradan bundan ən müxtəlif məqsədlərdə, insan hüquqlarının müdafiəsi və başqa məqsədlər üçün istifadə edirlər, lakin əslində müsəlman olaraq qalırlar.

Beləliklə, keşiş vurğulayıb, daxili təhlükəsizlik məsələsə Ermənistanın ali ruhani hakimiyyətinin diqqət mərkəzindədir.

Qeyd edək ki, adı çəkilən mətbuat konfransında psixoloq Karine Nalçacyan bildirib ki, erməni qızlar arasında xaricilərə, xüsusilə də farslara ərə getmək tendensiyası geniş yayılıb.