Əlaqə Arxiv
news Image
2012.11.05
11:53
| A A A
Salyan sakininin evindən silah-sursat aşkar edildi

Salyan rayonunda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin evindən silah-sursat aşkar edilib. Rayon polis şöbəsindən verilən məlumata görə, Salyan şəhər sakini, 33 yaşlı İlqar Lazım oğlu Əliyevin qanunsuz olaraq partlayıcı maddə, silah saxlaması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Bundan sonra əməliyyatçılar hərəkətə keçib. İlqar Əliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Sonra onun evində axtarış əməliyyatı keçirilən zaman həyətdəki göyərçin damının altında düyü torbasının içərisində 3 ədəd "UZRQM-2" tipli əl qumbarası, həmin qumbaralar üçün alışdırıcılar və barabanlı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.


Sizin Reklam Yeriniz