Əlaqə Arxiv
news Image
2012.11.06
12:42
| A A A
“Amerikanın Cənubi Qafqazdakı problemlərə laqeydliyi uzunsürən zorakılığa gətirə bilər”

ABŞ Azərbaycana hiss etdirməlidir ki, Bakı təhdidlərə qarşı mübarizə məsələsində ondan dəstək alır.

Bu haqda ABŞ ordusunun strateji araşdırmalar hərbi kollecinin professoruKarlayl Stiven Blank"The Hill"-də çap olunan məqaləsində yazır:

"Ərəb dünyasını bürümüş zorakılıq amerika siyasətçilərini, rəhbərliyini və ekspertlərini daxili və xarici təhlükələrə qarşı müsəlman ölkələrində stabil amerikayönümlü hökumətləri necə və niyə gücləndirmək məsələsi ətrafında düşünməyə vadar etməlidir.

Azərbaycan da belə bir dövlətdir. Baxmayaraq ki, respublika SSRİ-nin kölgələrindən doğulmuş, inkişafda olan demokratiyadır, o öz üzərinə əhəmiyyətli risk götürərək Əfqanıstanda, İraqda, Mərkəzi Asiyada və bütün dünyada terrorizmə qarşı mübarizədə daim ABŞ-ın yanında olub.

Müəllifin sözlərinə görə, Azərbaycan mütəmadi olaraq, qonşularından gələn təhdidləri dəf edir. O qeyd edib ki, bu təhdidlər Dağlıq Qarabağda – "dünyada ən barışmaz və təhlükəli dondurulmuş münaqişələrdən birində" müharibənin bərpası təhlükəsini daşıyır.

"İran Azərbaycana daim real təhlükədir", - S.Blank qeyd edir. Professor həm də qeyd edir ki, Suriyada gedən vətəndaş müharibəsi və İranda vəziyyətin pisləşməsi Azərbaycanın Qərb üçün strateji əhəmiyyətini artırır.

"Bundan əlavə, Suriyadakı vətəndaş müharibəsi Türkiyəyə böyük təzyiq göstərir. Türkiyə ilə Suriya arasındakı çoxsaylı insidentlərdən əlavə, bu müharibə Türkiyə ilə Rusiya arasındakı tərəfdaşlıq münasibətlərinin də pisləşməsinə səbəb olub. Türkiyə qazın 2/3-ni Rusiyadan aldığından, müharibəyə müdaxilə etdiyi halda, Rusiya Türkiyəyə qaz satışını dayandıra bilər. Azərbaycan Türkiyə ilə yaxşılaşmış münasibətləri və 2011-ci ildə Türkiyədən keçməklə Azərbaycandan Avropaya qaz kəmərinin (TransAnadolu boru kəməri və ya TANAP) çəkilməsi haqqında ikitərəfli razılaşma sayəsində Türkiyə və Avropaya alternativ qaz mənbələri təklif edə bilər" – deyə o qeyd edir.

Müəllifin fikrincə, ABŞ açıq şəkildə Azərbaycana Bakını dəstəklədiyini bəlli etməlidir. Professor hesab edir ki, ABŞ Azərbaycanı dini təşviqat adı altında təxribatçılıq fəaliyyətinə qarşı daxili müdafiə qüvvələrini möhkəmlədən və hökumətin legitimliyini və Amerika Birləşmiş Ştatlarının dəstəyini yüksəldən mühüm liberal siyasi, sosial və iqtisadi islahatları həyata keçirməyə sövq etməlidir.

"İkincisi, biz bunu hamıya açıq şəkildə bəlli etməliyik ki, Qafqazda yeni müharibə başlayacağı təqdirdə, bölgənin üzləşə biləcəyi itkilər 2008-ci ildəkindən daha böyük və nəzəri cəlb edən olacaq" - deyə, amerikalı analitik bildirib.

Müəllif hesab edir ki, bununla yanaşı, ABŞ Avropa İttifaqını Xəzər hövzəsindən və Mərkəzi Asiyadan qazın Avropaya tədarük edilməsi üçün xüsusi boru kəməri axtarışına təşviq etməklə məşğul olmalıdır. Onun sözlərinə görə, belə bir şəraitdə vaxt böyük rol oynayır və Avropaya karbohidrogenləri hansı kəmərin – "Nabucco"nun, yoxsa TANAP-ın nəql edəcəyinin heç bir fərqi yoxdur.

Məqalədə qeyd olunur ki, rəsmi Vaşinqton öz xeyirləri üçün Azərbaycan və Türkiyə tərəflərinin yaxınlaşması məsələsinə öz böyük dəstəyini göstərməlidir ki, bu da öz növbəsində Yaxın Şərqdə və Qafqaz bölgəsində baş verən proseslərə nüfuz etmək imkanı yaratsın.

"Bu dəstək Ermənistanın və Azərbaycanın həqiqi danışıqlar masasına cəlb edilməsi ilə bağlı yeni, koordinasiya edilmiş və ciddi səylərlə üst-üstə düşməlidir ki, bu da özlüyündə Dağlıq Qarabağ münaqişə kontekstindən irəli gələn bütün problemlərin yolverilən həllini gətirib çıxara bilsin" - deyə, S.Blank qeyd edib.

O bildirib ki, belə olan halda bütün maraqlı tərəflər regiondakı sabitliyin möhkəmlənməsi baxımından sözügedən razılaşmanı təmin edə bilərlər. "Bu proses uğurla gedərsə, Qafqazda sabitlik yaratmağa, Ermənistan üçün dünyaya çıxış əldə etməyə imkan yaradacaq" - məqalədə deyilir.

Analitikin sözlərinə görə, Amerika administrasiyasının Cənubi Qafqaza laqeyd münasibəti təhlükəlidir və doğru addım deyildir. Professor hesab edir ki, Yaxın Şərq, İran və Qafqazda yaranan təhdidlər Azərbaycan kimi qərbyönümlü ölkələrdə möhkəmlənməyin ABŞ üçün nə qədər vacib olduğunu göstərir.

"Çünki əgər biz əvvəlki kimi Qafqazdan uzaq düşsək, bu etinasızlıq tez bir zamanda çox böyük zərərlər doğuracaq. Zərərli etinasızlıq isə həmişə olduğu kimi, təkcə qeyri-sabitliyə yox, həm də zorakılığın uzun müddət davam etməsinə gətirib çıxarır" - o, qeyd edib.

Sizin Reklam Yeriniz