Əlaqə Arxiv
news Image
2012.11.06
12:48
| A A A
“Mahir Abdullayevin itkin düşməsi ilə bağlı yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb”

Baş Prokurorluq Elşad Abdullayevin itkin düşmüş qardaşı ilə bağlı açıqlama verib.

Mövqe.Az qurumun mətbuat xidmətinin rəhbəriEldar Sultanovunsözlərinə istinadən xəbər verir ki, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

"Mahir Abdullayevin itkin düşməsi ilə bağlı istintaq olunan cinayət işi üzrə baş prokuror yanında tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda cinayət işi üzrə müxtəlif fərziyyələr ətrafında zəruri istintaq hərəkətləri yerinə yetirilir" – deyə, E.Sultanov bildirib.

İstintaqın hazırkı mərhələsində həyata keçirilən istintaq hərəkətləri və onun detalları barədə məlumatların yayılmasının ibtidai araşdırmanın maraqlarına zidd olduğunu sözlərinə əlavə edən E.Sultanov istintaq sirri təşkil edən həmin informasiyaların ictimailəşdirilməsinin yolverilməz olduğunu qeyd edib.

Sizin Reklam Yeriniz