news Image
2012.11.06
15:25
| A A A
ABŞ-da yeni qasırğa olması gözlənilir

Movqe.az xəbər verir ki, ABŞ-ın "New York" və "New Jersey" əyalətlərində "Sandy" qasırğasının yaratdığı fəlakətlər unudulmasa da, yeni bir şiddətli qasırğanın bölgəyə doğru irəlilədiyi və bu gün müddətində sahilləri "vurması" gözlənilir. Milli Meteorologiya Dairəsi yeni qasırğadan təsirlənəcək bölgələrdə qar yağıntılarının da ola biləcəyini ifadə edib. Qar yağışı olmayacaq bölgələrdə isə güclü küləklər, həddindən artıq yağış, sel basqınları və istilik problemləri olması gözlənilir. Xatırladaq ki, "Sandy" 100-dən çox insanın ölümünə, 20 milyard dollara yaxın zərərə səbəb olub. Bir çox bölgədə elektrik və yanacaq çətinliyi yaşanmaqda davam edir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs