news Image
2012.11.06
15:59
| A A A
"Suzuki" də rəqabətə tab gətirə bilmədi

Movqe.az xəbər verir ki, Yapon avtomobil istehsalçısı "Suzuki" təxminən 30 ildir ki, fəaliyyət göstərdiyi ABŞ bazarından çəkilib. Kaliforniya əyalətində iflasa uğramaq üzrə olan "Suzuki"nin bazardan çıxma qərarı "Saab" və "Isuzu"dan sonra gəlib. Şirkət artıq ABŞ bazarında yalnız motosiklet, ərazi avadanlıqları və gəmi mühərriklərinin satışının davam edəcəyini deyib. ABŞ-dakı fəaliyyətlərinə 1985-ci ildə başlayan "Suzuki" heç vaxt digər Yapon avtomobil nəhəngləri "Toyota" və "Honda" qədər müvəffəqiyyətli ola bilmədi. ABŞ bazarına girən Asiyalı avtomobil istehsalçıları arasında bazar payı ən aşağı olan "Suzuki" artıq Hindistanda "Hyundai" ilə liderlik üçün girdiyi rəqabətlə yetinəcək. "Suzuki"nin ABŞ bazarındakı ən uğurlu ili 2007-ci il olub. Şirkət, həmin il 102 min avtomobil satmışdı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs