Əlaqə Arxiv
news Image
2012.11.06
16:15
| A A A
Fransada yeni nəsil İslamı seçir
Movqe.az xəbər verir ki, Fransada edilən son araşdırma müsəlman gənclər arasında mühafizəkarlıq nisbətinin getdikcə artdığını göstərib. Milli Demoqrafik Araşdırmalar Mərkəzi (İNED) tərəfindən reallaşdırılan araşdırmada Fransada İslamın ikinci din olduğu vurğulanıb. Fransada 2.1 milyon müsəlman yaşayır. Bu isə Fransa əhalisinin 3.2 faizini təşkil edir. Müsəlmanlar içində nizamlı olaraq dini vəzifələrini yerinə gətirənlərin 800 min olduğu, xüsusilə yeni nəsil içində artan mühafizəkarlıq nisbətlərinə diqqət çəkilib. Edilən araşdırmada Fransadakı katoliklərin nisbətinin azaldığı, katoliklər içərisində kilsəyə nizamlı getdiyini söyləyənlərin isə 5 faiz təşkil etdiyi göstərilib.
Sizin Reklam Yeriniz