news Image
2012.11.07
12:31
| A A A
Bakıda sərnişin avtobusu aşıb
Ötən gün axşam saatlarında Bakıda daha bir sərnişin avtobusu qəzaya uğrayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Yasamal rayonu ərazisində metronun "20 Yanvar" stansiyasının yaxınlığında Tbilisi prospektində 170 saylı "Daewoo" markalı sərnişin avtobusu aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alan 7 nəfər xəstəxanaya yerləşdirilib.
Qəzaya səbəb sürücünün avtobusun idarəetməsini itirməsi olub.