Əlaqə Arxiv
news Image
2012.11.07
13:40
| A A A
“Təzə bazar”ın təsisçiləri arasında kütləvi dava
Bu gün Bakının Nəsimi rayonu ərazisində yerləşən məşhur bazarlardan biri olan "Təzə bazar" adlanan ticarət mərkəzində qalmaqal baş verib. Hadisə şahidlərininverdiyi məlumata görə, bazarın 2 təsisçisi arasında 30 nəfərin yer aldığı kütləvi dava baş verib. Verilən məlumata görə, "Təzə bazar"ın ofisinin qapısı sındırılıb, 30 nəfərə şəxs arasında kütləvi dava düşüb. Hətta davada yaralananlar da olub.

Bazarın mühafizə xidmətinin əməkdaşalrının verdikləri məlumata görə isə, dava bazarın 2 təsisçisi arasında baş verib. Belə ki, təsisçilərdən biri Vaqif Şıxəliyev bazarın ofisinə gələrək qapını sındırıb. Sonradan digər təsisçi Məmmədağa İbrahimov gəlib və aralarında mübahisə sonradan dava ilə nəticələnib. Davaya onların işçiləri də qarışıb və məsələ daha da uzanıb.

Məsələ ilə əlaqədar ilk öncə Məmmədağa İbrahimov isə ANS PRESS-ə açıqlamasında bildirdi ki, bu gün saat 08:00 radələrində digər təsisçi Vaqif Şıxəliyev başına bir neçə nəfər yığaraq bazarın ofisinə hücum çəkib. "Qapını sındırıblar işçilərimi döyüblər. Mən bazarın təsisçisi və müdiriyəm. Vaqif Şıxəliyev də təsisçilərdən biridir. Lakin o bazarı dağıdırdı. Mən bunun qarşısını almağa çalışmışam. Hazırda bu iş məhkəmədədir. Məhkəmə Vaqif Şıxəliyevin iş tamamlanmayana qədər ofisə gəlməsinə qadağa qoyub və bütün işlərin icrası mənə tapşırılıb".

Məmmədağa İbrahimovun sözlərinə görə, Vaqif Şıxəliyev bununla razı olamyıb və bu gün ofisin qapısını sındırıb.

Bazarın ikinci təsisçisi Vaqif Şıxəliyev isə ANS PRESS-ə açıqlamasında bildirib ki, Məmmədağa İbrahimovun dedikləri yalandır: "Məhkəməyə müraciət edib, mənə ofisə girnməyi icazə vermir. Əvvəllər inandığım insan olub, sonradan məni aldadıb. Mən heç kimi döyməmişəm. Sadəcə mən də təsisçiyəm və ofisə girməyə haqqım var. Polisə də ifadə vermişəm. Məhkəmədə müvəqqəti olaraq məni işdən kənarlaşdırmaq üçün qərar verilib. Lakin mən yenidən apleyasiya məhkəməsinə verəcəyəm".

Nizami rayon Polis İdarəsinin əməkdaşı Nizami Paşayev isə məsələ ilə bağlı ANS PRESS-ə açıqlamasında faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır
Sizin Reklam Yeriniz