Əlaqə Arxiv
news Image
2012.11.07
18:53
| A A A
"First Lady" işdən qovulub
Movqe.Az bildirir ki, Fransa prezidenti Fransua Hollandenin həyat yoldaşı və Fransanın "First Lady"si Valerie Trierueiler, illərdir jurnalistlik etdiyi həftəlik "Paris Match" jurnalından qovulub. "Paris Match" jurnalının sahibi Arnaud Laqarder, 47 yaşlı "First Lady"nin müqaviləsinin nəhayət bu il bitdiyini söyləyərək müqaviləni yeniləməyəcəyini açıqlayıb. Fransız jurnalist Cakuelin Remiyə müsahibə verən milyoner müdir, "First Lady" ilə birlikdə işləyən zaman Elize Sarayındakı xəbərlərdən ilk agah olma şansı qazanırdınız sözlərini eşidən kimi, "Zarafat edirsiz? Bugünə qədər problemdən başqa bir şey gətirməyib." deyə cavab verib. Laqarder, jurnalist "First Lady"nin müqaviləsinin ilin axırında bitdiyini xatırladaraq müqaviləni uzatmayacağını açıqlayıb. Xatırladaq ki, "First Lady"  Trierueiler, bir neçə həftə əvvəl ondan icazəsiz şəklini üz qabığına vuran jurnalını tənqid atəşinə tutmuşdu.


Sizin Reklam Yeriniz