Əlaqə Arxiv
news Image
2012.11.08
13:04
| A A A
“Avropa Şurası Leyla Yunusun bu biabırçı hərəkətini dəstəkləmir”

Stenoqramın yayılması cəmiyyətdə çaxnaşma yaratmaqdan başqa heç nəyə xidmət etmədi.

Bunu hüquq müdafiəçisiSəidə Qocamanlıdigər hüquq müdafiəçisi Leyla Yunus tərəfindən Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyində görüşün stenoqramının yayılmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, adıçəkilən görüşdə, Konstitusiya Fondunun prezidenti Əliməmməd Nuriyev, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, SDİ direktoru Leyla Yunus AŞ baş katibinin müavini Qabriela Battaini-Draqonini və AŞ-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qussellə görüşüblər.

Görüş Monitorinq Qrupunun üzvləri ilə Leyla Yunus arasında yaranmış fikir ayrılığına görə gərgin keçib. Leyla Yunus gərginliyin həbsdə olan islamçılara görə yarandığını bildirsə də, Novella Cəfəroğlu və Səidə Qocamanlı bu fikirləri təkzib edib. Amma Leyla Yunus məsələyə bir qədər də aydınlıq gətirmək üçün həmin görüşün stenoqramından ibarət məqalə hazırlayaraq yayıb.

"Cəmiyyət bir-birinə dəydi. Leyla Yunus da öz məqsədinə çatdı. Amma onlar hansı bəyanatı verirlər versinlər, bu bizi qorxutmur. Biz başımızı aşağı salıb öz işimizi davam etdiririk. Biz 20 ildir hüquq müdafiəsində mücadilə aparırıq. 3 nəfər bizim əleyhimizə bəyanat verirsə, 15 nəfər bizi dəstəkləyir" – deyə, S.Qocamanlı qeyd edib.

Hüquq müdafiəçisi belə addımların heç zaman onları öz yollarından döndərə bilməcəyini vurğulayıb.

"Bizi onların rəyi maraqlandırmır. Bu dəqiqə biz şikayətçilərlə görüşdəyik. Əgər onlar bizə güvənib bizimlə görüşürlərsə, bu bizim nüfuzumuz deməkdir. İnsanlar bizə inanır və qapımızı döyür".

S.Qocamanlı həmçinin Avropa Şurasında artıq bu biabırçılıq, cəmiyyətə salınan çaxnaşma haqqında məlumat olduğunu və bunu dəstəkləmədiklərini də sözlərinə əlavə edib.

Sizin Reklam Yeriniz