Əlaqə Arxiv
news Image
2012.11.10
11:48
| A A A
NASA Aya astronavt göndərir
Movqe.az xəbər verir ki, Amerika Aviasiya və Kosmos Dairəsi NASA-nın Ay orbitinə astronavt göndərmə hazırlığında olduğunu iddia edilib. 1969-ci ildə kosmosa göndərdiyi astronavtların Aya enib enməməsi hələ müzakirə mövzusu olan təşkilatın yeni göndərişinin tarixini prezident Obamanın söyləməsi gözlənilir. Corc Vaşinqton Universiteti professorlarından Kosmos Elmi Mütəxəssisi Con Loqsdon "Space.com" internet saytına etdiyi şərhdə, "NASA bu məsələ ilə bağlı uzun müddətdir ki, çalışır. Planın son mərhələsində isə kosmos vasitəsinin Ayın orbitinə yerləşdirilməsi əməliyyatı var. Açıqlama vermək üçün seçkinin bitməsini gözləyirdik" deyib. Obama NASA-ya hələ 2010-ci ildə kosmosa astronavt göndərilməsi üçün iş başladılması təlimatını vermiş və 2030-ci ildə isə Marsa astronavt göndərilməsi hədəfi qoymuşdu. Təşkilat bu hədəfə çatmaq üçün 'Kosmosa atış sistemi" adlı nəhəng bir raket hazırlayır. Raketin kapsulunun adı isə "Orion"dur.
Sizin Reklam Yeriniz