news Image
2012.11.12
10:47
| A A A
Saakaşvili tərəfdarları peşmandır

Gürcüstanda parlament seçkilərindən 40 gün ötür. Bu müddət artıq cəmiyyətin bir hissəsində peşmançılığın yaranması üçün kifayət edib. Yerli mətbuatda yayılan xəbərləri bu fikirlərin bir növ təsdiqi kimi qəbul etmək də olar. Belə ki, bir neçə gün əvvəl Tiflisin bəzi küçələrində divarlarda "Mişa, bizi bağışla" yazıları peyda olub. Onların hansısa təşkilat tərəfindən, ya sıravi vətəndaşlar tərəfindən yazıldığı bəlli olmasa da, ölkə vətəndaşlarında seçkilərdən sonra yaranmış optimizmin pessimizmlə əvəzlənməyə başladığına bir işarədir. Faktiki olaraq yazıları cəmiyyətində "Gürcü arzusu" koalisiyasının seçkilərdən öncə verdiyi vədlərin reallaşacağına inamının zəifləməsinin ilk siqnallarıdır.

Sosial şəbəkələrdə isə Mixail Saakaşvilinin 6 aydan sonra parlamenti buraxa biləcəyi haqda ehtimallar səslənməkdədir. Tiflis sakinlərinin hətta hazırkı prezidentə dəstək məqsədi ilə yeni qurumun yaratdığı bildirilir. Sosial şəbəkələrdə yazılanlara inansaq, vətəndaşların bəzilərinin "onsuz da hakim partiya qələbə qazanacaq" fikrini əsas tutaraq seçkiyə getmədiyi və bu üzdən də indi peşman olduğu üzə çıxıb. Digərlərinin isə milyarder Bidzina İvanişvilinin maaş və pensiyaların artırılacağı ilə bağlı vədlərinə inandığı üçün müxalifətə səs verdikləri və artıq yanıldıqları bəlli olub.

Seçkilərdən az müddət keçməsinə rəğmən, Gürcüstanın ictimai-siyasi həyatında yaranmış mənzərə kifayət qədər maraqlı görünür. Ehtimal etmək olar ki, hazırki prezident Mixail Saakaşvili bir müddət sonra İvanişvili hökumətinin ünvanına sərt çıxışlar edəcək. Cəmiyyətdəki ab-havadan asılı olaraq Saakaşvilinin parlamenti buraxa biləcəyini istisna etmək olmaz. Hər halda indi zaman onun xeyrinə işləyir. Daha doğrusu hər keçən gün İvanişvili hökumətinin imicinin əleyhinə işləyir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs