news Image
2012.11.12
13:30
| A A A
Müğənnilər yenə vergidən yayınırlar
Şahin Məmmədov: «Əgər müğənninin vegidən yayınma halı müəyyən edilərsə, əlavə vergiləri hesablanır» Samir İsayev: «Bu gün təkcə müğənnilər deyil, bir çox sənət sahibləri gəlirlərini bəyan etməkdən yayınırlar»

Müğənnilərimizin gəlirlərinin heç də az olmaması heç kimə sirr deyil. Lakin bu fonda müğənilərin vergidən yayınması, gəlirlərini gizlətməsi aktual bir məsələyə çevrilib. Onların bir çoxu yalnız sadələşdirilmiş vergi ödəyirlər. Halbuki onların gəlirləri daha böyük olduğundan digər vergi dərəcələri üzrə ödəmə həyata keçirməlidirlər. Məsələn, elə müğənni var ki, toyda bir gecə oxumaq üçün 10 min manat xidmət haqqı alır. Bəs müğənnilərin gəlirləriən uyğun vergi ödənilməsinə cəlb etmək üçün hansı addımlar atıla bilər? Bizim müğənnilər niyə gəlirlərini gizlədir?

Vergilər Nazirliyi analitik informasiya şöbəsinin müdiri Şahin Məmmədov movqe.az saytına məsələ ilə əlaqədar aşağıdakıları bildirdi: "Sadələşdirilmiş vergidə vergi dövriyyədən ödənilir. Vətəndaş hər hansısa bir iş qurur, qazanc əldə eləyir, ümumi xərc müəyyən edilir və yerdə qalan gəlirdən müəyyən şkala ilə vergi ödənilir. Bu fiziki şəxsin gəlir vergisidir. Sadələşdirilmiş vergidə isə çıxar nəzərə alınmır. Bakı şəhəri ərazisində 4%, regionlarda 2% ödənilir. Sadələşdirilmiş vergi vergi tutma növlərindən biridir. Vətəndaş vergi uçotuna durarkən hansı vergi növünü ödəyəcəyini özü seçir. Yalnız müğənnilər deyil, əksər vergi ödəyiciləri sadələşdirilmiş vergi növünü ödəyirlər.

Yalnız müğənnilər deyil, bütün vergidən yayınan vətəndaşları vergi ödəməyə cəlb etmək üçün eyni addımlar atılır. Əgər müğənninin vegidən yayınma halı müəyyən edilərsə, əlavə vergiləri hesablanır. Həmin vergi müğənniyə ödətdirilir. Müğənni hər hansı şadlq evinə getdikdə , həmin şadlıq evinin qeydiyyat kitabçalarında qeydə alnır. Müğənni əldə etdiyi gəlir haqqında rübün axrında bəyannəməsini verib vergisini ödəyir."

Hüquqşünas Samir İsayev məsələ ilə bağlı bildirir: "Müğənnilərin gəlirlərini gizlətməsi ümumilikdə Azərbaycanda gəlirlərin bəyan olunmaması ilə bağlı hüquqi prosesin bir hissəsidir. Bu gün təkcə müğənnilər deyil, bir çox sənət sahibləri gəlirlərini bəyan etməkdən yayınırlar. Bunun da səbəbi var. Belə ki, gəlirlərin bəyan edilməsi haqqında qanunvericilik Azərbaycanda işlək vəziyyətdə deyil. Milli Məclisdə belə bir qanunun qəbul edilməsinə baxmayaraq, qanunun işlək mexanizması tam hazırlanmamışdır. Ona görə də nəyin ki müğənnilərdə, hətta sadə vətəndaşlarda da belə bu sahədə təcrübə yoxdur.

Azərbaycanda müğənnilərin əsas qazanc yerləri toylardır. Şadlıq evlərinin özlərində belə vergilərin ödənilməsi ilə bağlı problem var. Belə problemlər indi də yaşanır. Bunun da əsas səbəbi qanunvericiliyin kifayət qədər dəqiq işləməməsidir. Bunun qarşısını almaq üçün addımlar atılmalıdır. Vergi orqanları müğənnilər ilə hansısa qanunsuz sövdələşmələri kənara qoymalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs