Əlaqə Arxiv
news Image
2012.11.12
17:20
| A A A
Amerika bölünür?
Movqe.Az bildirir ki, Obamanın ikinci dəfə prezident seçilməsindən heç bir həftə keçməmiş bəzi ştatlarda separatçı hərəkətlər başlayıb. Başda Lusiana olmaqla, Texas, Montana, Şimali Dakota, İndiana, Mississippi, Kentuçi, Şimali Karolina, Alabama, Florida, Corcia, Nyu Cersi, Kolorado, Oregon və Nyu Yorkda on minlərlə insan "onlayn" imza kampaniyası başladaraq Ağ Evə ayrılmaq istədiklərini bildirən bir ərizə göndəriblər. İlk müstəqillik tələbi Lusiana əyalətindən gəlib. 10 mindən çox Lusianalı Amerika Birləşmiş Ştatlarından ayrılıb müstəqilliyini istəyir. Başladılan "onlayn" imza kampaniyasına qatılanların sayı 10 mini keçib. Texasda imza sayı da 10 minə yaxınlaşıb. Ağ Evə göndərilən ərizədə, sülhsevər bir şəkildə birlikdən qopmaq və əyalətdəki vətəndaşların özlərini idarə etmək istədikləri bildirilib. İki ərizədə də 7 dekabr tarixinə qədər imza atanların 25 min saya çatması ilə o ştatlarda səsvermə keçiriləcək. Bu vəziyyətdə Ağ Evin bu tələblərə qarşı rəsmi bir çıxış etməsi lazımdır. Ayrılma ərizəsinin verilməsindəki ən böyük faktor iqtisadi vəziyyət, ictimai hüquqlarda yaşanan problemlər və mərkəzi rəhbərlikdən gələn xidmətlərdir. İqtisadi baxımdan güclü olan əyalətlərdəki bəzi insanlar bu tərz ərizə ilə Amerikadan ayrılmaq və öz hökumətlərini qurmaq istəyirlər. Texas öz xüsusi gəlirləri ilə dünyanın 15-ci ən böyük iqtisadiyyatı arasında iştirak edir. Belə vəziyyətə malik olmaları onları ərizə verməyə daha çox sövq edir.
Sizin Reklam Yeriniz