Əlaqə Arxiv
news Image
2012.11.13
10:57
| A A A
Azərbaycanlı ifaçı Türkiyəni ayağa qaldırdı

Azərbaycanın gənc istedadları zaman-zaman Türkiyənin müxtəlif telekanallarında nümayiş olunan müsabiqə xarakterli verilişlərdə iştirak edir.

Noyabrın 12-də Türkiyənin "Star" telekanalında nümayiş olunan "O ses Türkiye" verilişində azərbaycanlı Elgün Quliyeviştirak edib.

Gənc ifaçı öz çıxışı ilə Murat Boz, Mustafa Sandal, Hadise və Hülya Avşardan ibarət olan münsiflər heyətini heyran qoyub.

Elgün Quliyev Cahangir Cahangirovun "Ay qız" mahnısını böyük məharətlə oxuyub.

Qeyd edək ki, Ankara Universiteti Psixologiya kafedrasını bitirən Elgün Quliyev hazırda Mərmərə Universiteti magistr pilləsində təhsilini davam etdirir. O, "TRT Avaz" telekanalında "Sınır Tanımayan Aşklar" proqramında işləyir.

Sizin Reklam Yeriniz