news Image
2012.04.18
14:03
| A A A
İrqçi plakatları daşıyanlar sərbəst buraxılıb


Movqe.Az CNNTürk-ə istinadən bildirir ki, Türkiyənin "Taksim" meydanında 26 fevral Xocalı soyqırımı hadisəsi ilə bağlı mitinqdə irqçi plakatları nümayiş edən 9 nəfər nəzarət altına alınıb. Şübhəlilər, sorğudan sonra prokurorluq təlimatıyla sərbəst buraxılıb.

Fevralın 26-sı "Taksim" meydanında 1992-ci ildə baş verən Xocalı soyqırımı hadisədi ilə bağlı xatırlanma və etiraz nümayişi edilib. Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin də qatıldığı Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə İstanbulun "Taksim" meydanında keçirilən yürüş-mitinqdə bəzi qruplar irqçilik və təhqir ehtiva edən plakatlar daşıyıblar. Nümayişdə "Aqos" qəzetinin ümumi nəşr redaktoru Hrant Dinki öldürən Ogün Samast və Yasin Xəyala tərif ehtiva edən şüarlar atılması ictimaiyyətdə müzakirələrə səbəb olub.

İstanbul Dövlət prokurorluğu tərəfində açılan istintaqda əməliyyat təşkil edən Təhlükəsizlik Şöbə Müdirliyi, plakatları daşıyanlardan ikisi qadın olmaqla 9 nəfəri nəzarət altına alıb.

Şübhəlilərin ifadələrində, "Biz yürüşə qatıldıq. "Beyoğlu"na daxil olan zaman bizə verilən plakatları daşıdıq. Kimlərin verdiyini bilmirik", qeyd ediblər. Əməliyyatları tamamlanan şübhəlilərin prokurorluq təlimatıyla sərbəst buraxıldığı bildirilib.

Ziba Yusifova

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs