Əlaqə Arxiv
news Image
2012.11.13
19:16
| A A A
Qışın hava PROQNOZU

Azərbaycanda qışın necə keçəcəyi barədə proqnozlar noyabrın sonunda bəlli olacaq.

Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev verib.

A.Verdiyevin sözlərinə görə, noyabrın sonunda keçmiş Yuqoslaviya ölkələrindən birində Cənub-Şərqi Avropa ölkələri üzrə toplantı keçiriləcək. Məhz bu toplantıda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə qışın necə keçəcəyi ilə bağlı proqnozlar açıqlanacaq.

Hələlik isə qoyuq keçən hava şəraiti noyabrın 16-17-də nisbətən mülayimləşəcək.

Qeyd edək ki, Rusiya hidrometeoroloqları qışın sərt keçəcəyini, türkiyəli həmkarları isə öz ölkələrində ötən ilə nisbətən daha mülayim qışın gözlənildiyi barədə proqnozlar yayıblar.

Sizin Reklam Yeriniz