Əlaqə Arxiv
news Image
2012.11.13
17:26
| A A A
Sürətli qatarlar fəaliyyətə keçəcək
Movqe.Az bildirir ki, Tayvan sürətli qatar alışını daha da sürətləndirib. Yaponiyadan aldığı 4 qatardan birincisi 2013-cü ilin əvvəllərində ölkəyə çatacaq. Tayvan son illərdə qoyduğu dəmiryolu sərmayələri ilə diqqət çəkir. Keçən illərdə Yaponiya ilə razılaşma bağlayan Tayvanın satın alacağı 4 sürətli qatarın məbləği 228,2 milyon dollara çatır. Bu qatarlar 48 vaqondan ibarətdir. Sürətli qatarlar xüsusilə Mioli, Çanqhua və Yunlin ellərində 2015-ci ildə açılması planlaşdırılan stansiyalarda istifadə ediləcək. "Tayvan Yüksək Sürətli Demiryolları"nın (THSRC) hal-hazırda hər biri 12 vaqondan ibarət olan 30 qatarı var. Qatarlarda gün ərzində 120 min adam səfər edir. Bu say həftə sonlarında isə 140 minə çatır. Digər tərəfdən müqavilə daxilindəki 4 qatarın 2016-ci ildə tamamlanacağı bildirilib.
Sizin Reklam Yeriniz