Əlaqə Arxiv
news Image
2012.11.14
15:06
| A A A
Yol polisi sürücülərə müraciət edib: “Təhlükə var”
Noyabrın 13-ü axşam saatlarından başlayaraq ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraiti ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayının artmasını səbəb olub. Lent.az-ın məlumatına görə, təkcə noyabrın 14-nə keçən gecə Bakı şəhəri ərazisində 6 yol qəzası baş verib ki, nəticədə 9 nəfər ağır bədən xəsarəti alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, belə hava şəraiti, ümumiyyətlə qış mövsümü sürücülərdən daha diqqətli və ehtiyatlı olmağı tələb edir: "Sürücüləri diqqətli olmağa çağırırıq, bütün respublika ərazisində yağmurlu hava şəraiti müşahidə edilir. Bundan sonra sürücülərə qış şinlərinə üstünlük vermələri məsləhət görülür. Həmçinin yollarda sürət həddinin gözlənilməsi, manevr qaydalarına riayət edilməsi, ötmə hərəkətləri, ara məsafəsi saxlanılması kimi məqamlara diqqətlə yanaşılmalıdır. Düşünmək lazımdır ki, daha avtomobili quru asfalt üzərində idarə etmirlər və maşının idarəetmədən çıxma riski daha böyükdür. Yağmurlu hava şəraitində sürücülər şüşə silgəclərini yoxlamalıdırlar. Şüşəyuyanların saz vəziyyətdə olması, bunun üçün saxlanılan su ehtiyatını yoxlamaları vacibdir".
Qeyd edək ki, ölkə ərazisində yağmurlu hava şəraitinin daha 2 gün davam edəcəyi gözlənilir.
Sizin Reklam Yeriniz